Sumqayıtda ərzaq dükanı yanıb

Sumqayıtda ərzaq dükanı yanıb Mağazadakı ərzaq malları məhv olub
Hadisə
22 Aprel , 2016 07:44
Sumqayıtda ərzaq dükanı yanıb

Bakı. 22 Aprel. REPORT.AZ/ Gecə saatlarında Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan ərzaq mağazasının taxta üzlüyü, içərisindəki ərzaq malları və 1 ədəd kondisioner yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:58-da söndürülüb.

Son xəbərlər

Orphus sistemi