Sumqayıtda bacı qardaşın evindən oğurluq edib

Sumqayıtda bacı qardaşın evindən oğurluq edib Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Fevral , 2016 14:44
Sumqayıtda bacı qardaşın evindən oğurluq edib

Bakı. 10 fevral. REPORT.AZ/ Sumqayıtda bacı qardaşın evindən oğurluq edib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cavid Musayevin evindən 4 350 ABŞ dolları, 2 650 manat və qızıl əşyalar oğurlayan bacısı Cəmilə və İsmayıllı rayon sakini Rasim Əsgərli tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi