Sumqayıtda avtobus sürücüsünü döyərək ağır xəsarət yetirən şəxs tutulub

Sumqayıtda avtobus sürücüsünü döyərək ağır xəsarət yetirən şəxs tutulub Elçin Qasımov Namiq Yağnəliyevi döyərək onun çanaq sümüyünü sındırıb və bıçaqla xəsarət yetirib
Hadisə
20 Oktyabr , 2015 14:46
Sumqayıtda avtobus sürücüsünü döyərək ağır xəsarət yetirən şəxs tutulub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Sumqayıtda avtobus sürücüsünü döyərək ağır xəsarət yetirən şəxs tutulub. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, Sumqayıt şəhərində Namiq Yağnəliyevin 9 saylı xətt üzrə idarə etdiyi "İsuzu" markalı avtobus Sülh küçəsində hərəkətdə olarkən sərnişini, şəhər sakini, əvvəllər məhkum olunan E.Qasımov münaqişə zəminində sürücünü döyərək onun çanaq sümüyünü sındırıb və bıçaqla xəsarət yetirib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qasımov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi