Sumqayıt şəhərində bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report" un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda Zülfi Hacıyev küçəsində qeydə alınıb.
Sənan Yusif oğlu Yaqubovun idarə etdiyi “Lada Priora” markalı avtomobilin vurduğu velosipedçi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.