Sumqayıtda yanğın zamanı 52 yaşlı kişi ölüb

Sumqayıtda yanğın zamanı 52 yaşlı kişi ölüb 1962-ci il təvəllüdlü Azad Seyidovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib
Hadisə
21 Dekabr , 2014 06:12
Sumqayıtda yanğın zamanı 52 yaşlı kişi ölüb
Bakı. 21 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli, 4 otaqlı evdə baş verib.

Nəticədə evin 1 otağında 1 ədəd çarpayı, ev əşyaları 6 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Seyidov Azad Bilmalı oğluna yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi