Bakı. 25 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində 23 yaşlı oğlan sexin dəzgahının arasında sıxılaraq ölüb. Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə baxış keçirərkən məlum olub ki, 1992-ci il təvəllüdlü Şirinov Nurlan Mehman oğlu dəzgahın arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib. Xilasedicilər cəsədi çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 13:30-da başa çatıb.
Faktla bağlı araşdırma aparılır.