Sumqayıtda bir ay əvvəl itkin düşən qadının meyiti tapılıb

Sumqayıtda bir ay əvvəl itkin düşən qadının meyiti tapılıb Hadisəni münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyevin törətməsi müəyyən edilib və o, tutulub
Hadisə
23 Sentyabr , 2015 13:39
Sumqayıtda bir ay əvvəl itkin düşən qadının meyiti tapılıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ Sumqayıtda bir ay əvvəl itkin düşən qadının meyiti tapılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb.

Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyevin törətməsi müəyyən edilib və o, tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi