Sumqayıtda yataqxanada yanğın olub, bir nəfər xəsarət alıb

Sumqayıtda yataqxanada yanğın olub, bir nəfər xəsarət alıb Yanıq xəsarəti almış Eldar Səfərov xəstəxanaya yerləşdirilib
Hadisə
26 İyul , 2016 11:53
Sumqayıtda yataqxanada yanğın olub, bir nəfər xəsarət alıb

Bakı. 26 iyul. REPORT.AZ/ Sumqayıtda yataqxanada yanğın olub, bir nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 25-də saat 14 radələrində Sumqayıt şəhəri A.Vurğun küçəsindəki yataqxanada yaşayan Ağdam rayon sakini Eldar Səfərovun otağında yanğın baş verib.

Nəticədə hamam otağında 20 kvm. sahə, su qızdırıcısı və paltaryuyan maşın yanıb, yanıq xəsarəti almış E.Səfərov xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi