​Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb

​Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb Sursat aidiyyəti üzrə təhvil verilib
Hadisə
1 Aprel , 2015 12:47
​Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb

Bakı. 1 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində döyüş sursatı aşkarlanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və mütəxəssislər aşkarlanmış sursata baxış keçiriblər. Məlum olub ki, bu istifadəyə yararsız 1 ədəd 152 mm və 3 ədəd 122 mm top mərmisinin korpusudur. Sursat aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 09:14-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi