Bakı. 22 fevral. REPORT.AZ/ Sumqayıt şəhərində vətəndaşa məxsus ikimərtəbəli tikilinin ikinci mərtəbəsində yerləşən çayxanada yanğın olub.
"Report" xəbər verir ki, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.
Çayxananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.