Bakı. 20 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində avtomobil yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.