​Sumqayıt sakini intihar məqsədilə özünü dənizə atıb

​Sumqayıt sakini intihar məqsədilə özünü dənizə atıb Həmin şəxs xilasedicilər tərəfindən sudan çıxarılıb
Hadisə
25 Avqust , 2015 21:16
​Sumqayıt sakini intihar məqsədilə özünü dənizə atıb

Bakı. 25 Avqust. REPORT.AZ/ Sumqayıt şəhərində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, həmin şəxs sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas edilib.

Sözügedən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:27-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi