​Sumqayıtda maşının ağaca çırpılması nəticəsində bir nəfər ölüb

​Sumqayıtda maşının ağaca çırpılması nəticəsində bir nəfər ölüb Hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib
Hadisə
29 Dekabr , 2014 04:50
​Sumqayıtda maşının ağaca çırpılması nəticəsində bir nəfər ölüb
Bakı. 29 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Etbar oğlunun cəsədi, xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi