​Söyüş söyən adama irad tutduğuna görə bıçaqlanan şəxs ölüb

​Söyüş söyən adama irad tutduğuna görə bıçaqlanan şəxs ölüb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
13 İyun , 2016 17:13
​Söyüş söyən adama irad tutduğuna görə bıçaqlanan şəxs ölüb

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda dava zamanı bıçaqlanan şəxs xəstəxanada ölüb.

“Report”un xəbərinə görə, bıçaqlanma hadisəsi Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini 45 yaşlı A.Talıbov naməlum şəxslə mübahisə edib. Mübahisə naməlum şəxsin küçədə söyüş söyməsi üstündə olub.

Mübahisə zamanı A.Talıbov kürəyindən bıçaqlanıb.

1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralı orada dünysaını dəyişib.

Hadisəni törədənin şəxsiyyətinin müəyyənləşdirilərək tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi