SOCAR-ın vitse-prezidenti: "Hər kəs əlindən gələni edir"

SOCAR-ın vitse-prezidenti: "Hər kəs əlindən gələni edir" "Əsas işimiz itkin düşənləri tapmaqdır"
Hadisə
7 Dekabr , 2015 13:40
SOCAR-ın vitse-prezidenti: Hər kəs əlindən gələni edir

Bakı. 7 dekabr. REPORT.AZ/ "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğında hər hansı bir təxribat faktının olmasına inanmıram. Olsa belə bunu hadisə ilə əlaqədar yaradılan Dövlət Komissiyası araşdırmanın nəticəsində deyə bilər". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib.

Onun sözlərinə görə, komissiyanın apardığı araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq: "Hazırda ərazidə böyük işlər görülür. Hər kəs əlindən gələni edir. Əsas işimiz itkin düşənləri tapmaqdır".

Qurumun I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə açıqlamasında bildirib ki, hadisə nəticəsində həlak olan və yaralananlara lazımi yardım göstəriləcək: "Odur ki, heç bir narahatçılığa əsas yoxdur. Təki itkin düşən neftçilərimiz tapılsın".

Son xəbərlər

Orphus sistemi