​Siyəzəndə iki yük maşını toqquşub, 24 yaşlı sürücü ölüb

​Siyəzəndə iki yük maşını toqquşub, 24 yaşlı sürücü ölüb Meyit xilasedicilər tərəfindən avtomobildən çıxarılıb
Hadisə
15 Mart , 2015 08:56
​Siyəzəndə iki yük maşını toqquşub, 24 yaşlı sürücü ölüb

Bakı. 15 mart. REPORT.AZ/ Siyəzən rayonunda iki "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza nəticəsində yük avtomobilinin birinin sürücüsü, 1991-ci il təvəllüdlü Zulfüqarov Etibar Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə hadisə yerində vəfat edib.

Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı qurumlara təhvil verilib.

Son xəbərlər

Orphus sistemi