​Siyəzəndə 10 nəfər meşədə azıb

​Siyəzəndə 10 nəfər meşədə azıb Onların tapılmasına yanğınsöndürən-xilasedicilər cəlb olunub
Hadisə
8 Avqust , 2016 04:39
​Siyəzəndə 10 nəfər meşədə azıb

Bakı. 8 avqust. REPORT.AZ/ Ötən gün Siyəzən rayonunun Qalaaltı kəndində 10 nəfər meşədə azaraq köməksiz vəziyyətə düşüb.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin edib. Əməliyyat saat 20:55-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi