Şirvanda Kür çayında batan bir nəfər xilas edilib

Şirvanda Kür çayında batan bir nəfər xilas edilib Əməliyyat saat 18:20-də başa çatıb
Hadisə
7 İyul , 2015 20:08
Şirvanda Kür çayında batan bir nəfər xilas edilib

Bakı. 7 iyul. REPORT.AZ/ Şirvan şəhərində Kür çayında batmaq təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib. 

"Report" Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə istinadən bildirir ki, Şirvan şəhərində 1 nəfər Kür çayında (xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Əməliyyat saat 18:20-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi