Şirvanda evlərdən oğurluq edən şəxs tutulub

Şirvanda evlərdən oğurluq edən şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
21 Avqust , 2015 13:17
Şirvanda evlərdən oğurluq edən şəxs tutulub

Bakı. 21 avqust. REPORT.AZ/ Şirvanda bir neçə evdən oğurluq edən şəxs tutulub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gülxar Atamoğlanovanın, İxtiyar Hüseynovun, Sadiq Səmədovun və Elşad Abiyevin evlərindən pul, qızıl və məişət əşyaları oğurlayan şəhər sakini Samir Balakişiyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi