​Şirvanda ağacın aşması nəticəsində elektrik enerjisi kəsilib - FOTO

​Şirvanda ağacın aşması nəticəsində elektrik enerjisi kəsilib - FOTO Yaxınlıqdakı obyektlərdən birinə ziyan dəyib
Hadisə
6 Avqust , 2015 21:56
​Şirvanda ağacın aşması nəticəsində elektrik enerjisi kəsilib - FOTO

Bakı. 06 Avqust. REPORT.AZ/ Şirvan şəhərində iri ağacın aşması nəticəsində elektrik təsərrüfatına ziyan dəyib.

"Report" xəbər verir ki, hadisə şəhərin Energetik küçəsində baş verib.

Ağacın aşması nəticəsində elektrik naqilləri qırılıb, sözügedən küçənin sakinləri işıqsız qalıb. Həmçinin, yaxınlıqda yerləşən obyektlərdən birinin dam örtüyünə ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi