Şirvan sakininin 3 otaqlı evi yanıb

Şirvan sakininin 3 otaqlı evi yanıb Hadisəyə səbəb evdə istifadə olunan propan balonun alovlanması olub
Hadisə
21 Avqust , 2015 12:17
Şirvan sakininin 3 otaqlı evi yanıb

Bakı. 21 avqust. REPORT.AZ/ Şirvanda yanğın hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

Şirvan sakini Simnar İslamova məxsus 3 otaqlı fərdi yaşayış evi anidən alovlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan yanğın mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsinə baxmayaraq, fərdi yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb.

İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb evdə istifadə olunan propan balonun alovlanması olub. Yanğın zamanı xəsarət alan olmasa da, ev sahibinə xeyli miqdarda maddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılr.

Son xəbərlər

Orphus sistemi