​Şirvan Mərkəzi Poçtunda yanğın olub

​Şirvan Mərkəzi Poçtunda yanğın olub Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
29 İyul , 2015 09:17
​Şirvan Mərkəzi Poçtunda yanğın olub

Bakı. 29 iyul. REPORT.AZ/ Şirvan şəhərində Mərkəzi Poçtunun üçüncü mərtəbəsində məskunlaşmış məcburi köçkünə məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin mətbəxində məişət qaz balonu alışıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, poçtun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi