Şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib
Hadisə
2 İyun , 2016 15:53
Şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəməsi başlayıb.

“Report”un xəbərinə görə, hakim sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 14-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisəsi bu il yanvarın 19-da saat 03:00 radələrində Nərimanov rayonunda baş verib. 1949-cu il təvəllüdlü Janna Məhərrəmova və oğlu 1982-ci il təvəllüdlü Aleksandr Məhərrəmovun yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitlərinin aşkar edilib.

Fakt üzrə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdənöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunub, 1977-ci il təvəllüdlü R.Allahverdiyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, yanvarın 17-də R.Allahverdiyev əvvəlcədən aralarında olan razılaşmaya əsasən Janna və Aleksandr Məhərrəmovların mənzilində təmir işlərini davam etdirmək adı ilə gələrək özü ilə gətirdiyi çəkiclə sonuncuların baş nahiyələrinə çoxsaylı zərbələr endirib, onları qəsdən öldürüb. Daha sonra o, J.Məhərrəmovanın çantasından 20 manat, A.Məhərrəmovun portfelindən isə içərisində 200 manat olan pul kisəsini götürüb, mənzilin qapısını açarla bağlayaraq hadisə yerindən qaçıb. İstintaq zamanı R.Allahverdiyev hadisə baş verən mənzilin açarını istintaqa təqdim edib.

Araşdırmalar zamanı məlum olub ki, R.Allahverdiyev hadisəni törədən evdə ustalıq edirmiş.

Xatırladaq ki, A.Məhərrəmov "Biznes Dialoq" konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri olub.

Son xəbərlər

Orphus sistemi