“Silk Way” aviaşirkətinin yük təyyarəsinin həlak olmuş heyət üzvlərinin cəsədləri Bakıya gətirilib

“Silk Way” aviaşirkətinin yük təyyarəsinin həlak olmuş heyət üzvlərinin cəsədləri Bakıya gətirilib Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər
Hadisə
20 May , 2016 15:32
“Silk Way” aviaşirkətinin yük təyyarəsinin həlak olmuş heyət üzvlərinin cəsədləri Bakıya gətirilib

Bakı. 20 may. REPORT.AZ/ Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olmuş 7 heyət üzvünün cəsədləri bu gün Bakıya gətirilib və bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.

Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində 5 Azərbaycan vətəndaşı, 3 Ukrayna vətəndaşı və 1 Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) 9 ekipaj üzvü olub.

Hadisə nəticəsində 2 Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıblar. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Bundan əlavə, qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutuları” Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. “Qara qutular"ın oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq.

Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.

Son xəbərlər

Orphus sistemi