"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk yanğın Bakının Nərimanov rayonunda qeydə alınıb. Ümumi sahəsi 550 kv.m olan sexin yanar konstruksiyaları yanıb və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Digər hadisə Suraxanı rayonunda baş verib. Burada vətəndaşa məxsus sexin dam örtüyünün yanar konstruksiyaları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.