Sevdiyi qızı 15 bıçaq zərbəsilə öldürən gəncin məhkəməsi başlayıb

Sevdiyi qızı 15 bıçaq zərbəsilə öldürən gəncin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası martın 3-nə təyin edilib
Hadisə
24 Fevral , 2016 11:00
Sevdiyi qızı 15 bıçaq zərbəsilə öldürən gəncin məhkəməsi başlayıb

Bakı. 22 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı qətlə yetirən 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb. “Report”un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 3-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İ.Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb. Keçən il oktyabrın 29-da B.Əliyev sevdiyi qızı metronun “Qara Qarayev” stansiyasının yaxınlığına görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovanı yerə yıxaraq ona 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi