Bakıda sərxoş sürücü qəza törədib - FOTO

Bakıda sərxoş sürücü qəza törədib - FOTO Hadisə Şərifzadə küçəsində baş verib
Hadisə
23 Yanvar , 2015 07:04
Bakıda sərxoş sürücü qəza törədib - FOTO

BAKI. 23 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda sərxoş sürücü qəza törədib.

"Report"un məlumatına görə, hadisə Şərifzadə küçəsində baş verib.

Qəza zamanı eyni istiqamətdə hərəkət edən Əsgər Yusifovun idarə etdiyi "Mercedes" markalı avtomobillə, başqa bir "Mercedes" toqquşub.

Toqquşmadan əvvəl Əsgər Yusifov sürəti azaldaraq Şərifzadə küçəsində qanunla nəzərdə tutulan yerdən dönmək istəyib. Bu zaman digər "Mercedes"in sürücüsü ara məsafəsini gözləmədiyindən, həmin nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki maşın yararsız vəziyyətə düşüb. Qəzaya səbəb olan avtomobilin sürücüsü hadisədən sonra avtomobilini də ərazidə qoyaraq qaçıb.

Hadisə yerində olan yol patrul xidmətinin əməkdaşlarının sözlərinə görə, qaçan sürücü sərxoş vəziyyətdə olduğu üçün, məsuliyyətdən boyun qaçmaqdan ötrü çarəni hadisə yerindən yayınmaqda görüb.

Hadisə ilə bağlı Yasamal Rayon Dövlət Yol Polis Şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri və günahkar sürücünün şəxsiyyəti bu araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi