​Sərxoş sürücü aeroport yolunda qəza törədib

​Sərxoş sürücü aeroport yolunda qəza törədib Qəza ilə bağlı aeroport yolunun bu hissəsində nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb
Hadisə
22 Yanvar , 2015 03:59
​Sərxoş sürücü aeroport yolunda qəza törədib

Bakı. 22 yanvar. REPORT.AZ/ Ötən gecə sərxoş sürücü aeroport yolunda qəza törədib.

”Report”un məlumatına görə, qəza zamanı Kərim Mirzəyevin idarə etdiyi "Mercedes" arxadan Elman Əliyevin "VAZ 2107" markalı avtomobilinə çırpılıb.

Hadisə şahidlərinin məlumatına görə, qəzaya "VAZ 2107" ilə ara məsafəsi saxlamayan "Mercedes"in sürücüsü səbəb olub. Qəza zamanı sürücülər xəsarət almasalar da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. "Mercedes"in sürücüsü Kərim Mirzəyev sərxoş olduğundan həkim müayinəsinə cəlb olunub.

Qəza ilə bağlı aeroport yolunun bu hissəsində nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb. Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı Dövlət Yol Polisinin Suraxanı Rayon Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi