Tovuzda sərxoş kişi kəndin abadlığı üçün istifadə edilən metal boruları oğurlayıb

Tovuzda sərxoş kişi kəndin abadlığı üçün istifadə edilən metal boruları oğurlayıb Cavanşir İbrahimov ilk dəfə oğurluq etdiyini və hadisəni necə törətdiyini xatırlamadığını bildirib
Hadisə
17 Oktyabr , 2015 14:15
Tovuzda sərxoş kişi kəndin abadlığı üçün istifadə edilən metal boruları oğurlayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Tovuzda abadlıq-quruculuq işləri üçün istifadə edilən boruları oğurlayan 58 yaşlı kişi saxlanılıb. "Report" xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində, Bakı-Qazax magistralının kənarında baş verib. 

Kənd sakini Cavanşir İbrahimov gecə saatlarında yolun ətrafında olan metal boruları çıxararaq öz həyətinə yığıb. Əyyubluda tək yaşayan C.İbrahimov ilk dəfə oğurluq etdiyini və hadisəni necə törətdiyini xatırlamadığını bildirib. 

Tovuz polisinə əməlini etiraf edən C.İbrahimov həmin vaxt sərxoş olduğunu bildirib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi