​Sərxoş Göygöl sakini hərəkətdə olan avtomobildən yerə yıxılıb

​Sərxoş Göygöl sakini hərəkətdə olan avtomobildən yerə yıxılıb Xəstəyə beyin ətrafının sınığı və burun sümüyünün qırığı diaqnozu qoyulub
Hadisə
7 Noyabr , 2015 23:42
​Sərxoş Göygöl sakini hərəkətdə olan avtomobildən yerə yıxılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Göygöl rayonunda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, sərxoş rayon sakini hərəkətdə olan avtomobildən yerə yıxılıb.

1986-cı il təvəllüdlü İsayev Rövşən Əlican oğlu dostları ilə yeyib-içdikdən sonra yaşadığı ünvana dostuna məxsus avtomobil ilə yola düşüb. Lakin yolda ehtiyatsızlıqdan maşının qapısı açılıb və son dərəcə içkili olan sürücü yerə yıxılıb.

Zərərçəkmiş dərhal yaxınlıqdakı insanların köməkliyi ilə Gəncə şəhər TTYX-nın Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə beyin ətrafının sınığı və burun sümüyünün qırığı diaqnozu qoyulub. Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndiriblər.

Hazırda Göygöl polisi hadisənin baş vermə səbəblərini araşdırır.

Son xəbərlər

Orphus sistemi