Şərurlu İsfəndiyarın məhkəmədə dindirilməsi istənilib

Şərurlu İsfəndiyarın məhkəmədə dindirilməsi istənilib ​Dələduzluqda təqsirləndirilən MMC rəhbərinin məhkəməsi keçirilib
Hadisə
17 Fevral , 2016 14:41
Şərurlu İsfəndiyarın məhkəmədə dindirilməsi istənilib

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəməsi davam edib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər - Çingiz Əfəndiyev, Rasim Sadıqov və Qəbulla Səfərov ifadə verib.

Ç.Əfəndiyev ifadəsində 2007-ci ildə 59 500 dollar pul verərək mənzil aldığını və indiyə qədər də həmin mənzilin ona tam olaraq təhvil verilmədiyini bildirib.

R.Sadıqov İsfəndiyar Axundovun şahid qismində məhkəmədə dindirilməsini istəyib: "Bütün müqavilələri İsfəndiyar Axundovun qardaşı İmran Axundovla bağlamışıq. Lakin həmin işləri İsfəndiyar Axundovun özü edib".

Məhkəmənin növbəti prosesi fevralın 24-nə təyin edilib.

Qeyd edək ki, 2007-2008-ci illərdən etibarən “VEDI-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Sonradan mənzillərin təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıldığı məlum olub. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

Q.Rəhimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi