​Şərurda avtomobil yolda uzanmış kənd sakininin üstündən keçib

​Şərurda avtomobil yolda uzanmış kənd sakininin üstündən keçib Xəstəxanaya yerləşdirilən piyada orada ölüb
Hadisə
8 Mart , 2016 14:38
​Şərurda avtomobil yolda uzanmış kənd sakininin üstündən keçib

Bakı. 8 mart. REPORT.AZ/ Şərur rayonunda avtomobil piyadanın üstündən keçib.

"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Daşarx kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Mahir Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan kənd sakini Elməddin Cəlalovun üstündən keçib. Xəstəxanaya yerləşdirilən E.Cəlalov orada ölüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi