Şərur sakini 3 ədəd qumbara tapıb

Şərur sakini 3 ədəd qumbara tapıb O, tapdığı-silah sursatı könüllü olaraq rayon polis şöbəsinə təhvil verib
Hadisə
12 Fevral , 2016 13:42
Şərur sakini 3 ədəd qumbara tapıb

Bakı. 12 fevral. REPORT.AZ/ Şərur rayonunun iki kəndinin sakinləri silah-sursat tapıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, rayonun Düdəngə kənd sakini Müqabil Kərimov tapdığı “İJ-18 M” markalı tüfəngi və 3 ədəd qumbaranı, Vərməziyar kənd sakini İbrahim İsmayılov isə tapdığı qaz tapançasını, qumbaranı, 709 ədəd müxtəlif çaplı patronu və 7 ədəd patron darağını könüllü olaraq rayon polis şöbəsinə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi