Şərif Əsədullayev: "Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb"

Şərif Əsədullayev: "Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb" Keçən ilki qurbanlardan 9-u yetkinlik yaşına çatmayan qızlardır
Hadisə
18 May , 2016 13:00
Şərif Əsədullayev: Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb

Bakı. 18 may. REPORT.AZ/ "Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb".

"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev "Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda konfransda çıxışında deyib.

O bildirib ki, qurbanlardan 28 faizi məişət zorakılığına məruz qalıb: "Həmin şəxslər haqqında məlumatlar elektron bazaya daxil edilib və gizli saxlanılır".

Rəisin sözlərinə görə, 2015-ci ildə respublika üzrə 26 916 cinayət hadisəsi qeydə alınıb: "Həmin cinayətlərin 1 faizi insan alveri ilə bağlıdır. 2015-ci ildə 64 insan alveri qurbanı qeydiyyata alınıb.

Onlardan 9-u yetkinlik yaşına çatmayan qızlardır, 29-u isə məişət zorakılığı nəticəsində insan alverinin qurbanına çevrilib".

Son xəbərlər

Orphus sistemi