Sərhəddə Azərbaycan vətəndaşının corabından 87 qram qızıl çıxıb

Sərhəddə Azərbaycan vətəndaşının corabından 87 qram qızıl çıxıb Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Avqust , 2016 11:05
Sərhəddə Azərbaycan vətəndaşının corabından 87 qram qızıl çıxıb

Bakı. 8 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nin mətbuat xidmətindən məlumat verilib.

Yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi