Səngəçal dəmir yolu stansiyasından oğurluq edilib

Səngəçal dəmir yolu stansiyasından oğurluq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Mart , 2016 12:58
Səngəçal dəmir yolu stansiyasından oğurluq edilib

Bakı. 4 mart. REPORT.AZ/ Səngəçal dəmir yolu stansiyasından oğurluq edilib.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı şəhər sakini Sakit Vəliyev Səngəçal dəmir yolu stansiyasındakı anbardan dəmir yoluna aid avadanlıqları oğurlayaraq paytaxt sakini Zamin Əhmədzadənin idarə etdiyi “QAZel” markalı avtomobilə yükləyib hadisə yerini tərk edərkən Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi