Şəmkirdə yanğın baş verib, 3 yaşlı uşaq xəsarət alıb

Şəmkirdə yanğın baş verib, 3 yaşlı uşaq xəsarət alıb O, xəstəxanaya yerləşdirilib
Hadisə
2 Mart , 2016 11:39
Şəmkirdə yanğın baş verib, 3 yaşlı uşaq xəsarət alıb

Bakı. 2 mart. REPORT.AZ/ Şəmkir rayonunda yaşayış evində yanğın olub, 3 yaşlı uşaq xəsarət alıb.

"Report" xəbər verir ki, Şəmkir şəhərində yaşayan Tofiq Sadıqovun evində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan T.Sadıqovun oğlu - 3 yaşlı Nurəddin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi