​Şəmkirdə və Yevlaxda iki yük və bir minik avtomobili yanıb

​Şəmkirdə və Yevlaxda iki yük və bir minik avtomobili yanıb Vətəndaşlara maddi ziyan dəyib
Hadisə
20 İyun , 2015 04:48
​Şəmkirdə və Yevlaxda iki yük və bir minik avtomobili yanıb

Bakı. 20 İyun. REPORT.AZ/ Ötən gün axşam saatlarında respublikanın bölgələrində yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir rayonunun Səməd Vurğun qəsəbəsində vətəndaşa məxsus “KamAZ” markalı yük avtomobilinin yanar hissələri, avtomobilin banına yığılmış 10 ton ot bağlamasının 3 tonu, yaxınlıqda olan “Ural” markalı yük avtomobilinin təkərləri və kabinəsi yanıb.

Ot bağlamasının və “Ural” markalı yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yevlax rayonunun Aran qəsəbəsində isə vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi