Şəmkirdə taksi və benzin daşıyan yük maşını qəza törədib

Şəmkirdə taksi və benzin daşıyan yük maşını qəza törədib Baş vermiş hadisənin səbəbləri Şəmkir rayon Polis Şöbəsində araşdırılır.
Hadisə
11 İyul , 2016 04:23
Şəmkirdə taksi və benzin daşıyan yük maşını qəza törədib

Bakı. 10 iyul. REPORT.AZ/ Şəmkirdə taksi yük maşını ilə toqquşub. “Report”un qərb bürosunun verdiyi məlumata görə, Şəmkir-Kür qəsəbəsi avtomobil yolunda rayon sakini, 1976-ci il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil, 1965-ci il təvəllüdlü Elman İsmaylovun idarə etdiyi “QAZ- 53” markalı benzin daşıyan yük maşını ilə toqquşub. Nəticədə taksi kimi fəaliyat göstərən minik maşının sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Baş vermiş hadisənin səbəbləri Şəmkir rayon Polis Şöbəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi