Bakı. 23 oktyabr. REPORT.AZ/ Səhər saatlarında Şəmkirin Düyərli kəndində yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə nəticəsində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub və yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırmalara başlanılıb.