Şəmkirdə meşə zolağında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Şəmkirdə meşə zolağında baş verən yanğın söndürülüb - YENİLƏNİB Yanğın dağlıq zonada yerləşən meşənin 5 hektar ərazisini əhatə edib
Hadisə
18 İyul , 2016 22:49
Şəmkirdə meşə zolağında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Şəmkir. 18 iyul. REPORT.AZ/ Şəmkirdə meşə zolağında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, ilkin olaraq yanğına ərazidə mal-qara otaran çobanların odla diqqətsiz davranmasının səbəb olduğu ehtimal edilir.

Yanğın dağlıq zonada yerləşən meşənin 5 hektar ərazisini əhatə edib və əsasən kol-kos və xırda ağacların olduğu ərazidə qeydə alınıb. Aparılan yanğınsöndürmə işləri nəticəsində yanğının daha da genişlənməsinin və qalın meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

***21:30

Şəmkir rayonunun Abbaslı kəndi ərazisində yerləşən meşə zolağında yanğın başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və xeyli sayda canlı qüvvəsi, həmçinin Gəncədən də yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının söndürülməsində kənd sakinləri də köməklik göstərir. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

Son xəbərlər

Orphus sistemi