Şəmkirdə mal-qara oğurluğu edən dəstə zərərsizləşdirilib

Şəmkirdə mal-qara oğurluğu edən dəstə zərərsizləşdirilib Saxlanılan iki nəfər əvvəllərdə oğurluq ilə məşğul olublar
Hadisə
30 Sentyabr , 2015 21:54
Şəmkirdə mal-qara oğurluğu edən dəstə zərərsizləşdirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Şəmkirdə mal-qara oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirilib.

"Report" xəbər verir ki, Şəmkir rayon Polis şöbəsi əməkdaşları tərəfindən şikayət əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elxan Qurbanova məxsus fərdi təsərrüfatdan iki baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Bunlar 29 yaşlı Naxçıvan şəhər sakini Məhərrəm Həsənov və 27 yaşlı Daşkəsən rayon sakini Coşqun Mikayılovdur.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu, saxlanılan şəxslərin törətdiyi yeganə oğurluq hadisəsi deyil. Onlar bundan əvvəl də, yəni iyun ayının 18-də Göygöl sakini Şahin Rzayevlə əlbir olaraq rayonun Daşkəsənlə həmsərhəd Çaykənd kəndindəki fərdi təsərrüfatdan 4 baş iribuynuzlu mal-qara oğurlayıblar.

Şəmkir rayon Polis şöbəsinin baş müstəntiqi Pakizə Quliyeva bildirib ki, saxlanılan şəxslər Mahmud Qasımova məxsus fermadan 4 baş iribuynuzlu mal-qara oğurlayaraq mal bazarında birgə satıblar.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər. Onlar ilkin ifadə zamanı bildiriblər ki, məqsədləri bu yolla gəlir əldə etmək olub. Şəmkir polisi dəstənin başqa oğurluq hadisələrində əlinin ola biləcəyini də istisna etmir. Bununla bağlı araşdırmalar davam edir.

Məlum faktlar üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi