Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var Yaralılardan biri Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib
Hadisə
17 Oktyabr , 2015 11:29
Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı. 17 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunda yol qəzası baş verib.  

"Report" xəbər verir ki, hadisə bu gecə Şəmkir-Şiştəpə yolunun 2-ci kilometrliyində qeydə alınıb. "VAZ 2107" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir sakinləri olan 52 yaşlı Afət Süleymanov və 2 yaşlı Zəhra İsgəndərova xəsarət alıb. 

Xəsarət alanlardan biri Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hazırda həkim nəzarəti altındadır. Digərinin durumu ağır olmadığından ambulator yardımdan sonra evə buraxılıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi