Şəmkirdə avtomobil qəzası baş verib, ər və arvad ağır yaralanıb

Şəmkirdə avtomobil qəzası baş verib, ər və arvad ağır yaralanıb ​Faktla bağlı araşdırmalara başlanılıb.
Hadisə
25 Avqust , 2016 17:50
Şəmkirdə avtomobil qəzası baş verib, ər və arvad ağır yaralanıb

Şəmkir 25 avqust. REPORT.AZ / Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1958-ci il təvəllüdlü Natiq Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən "Hundai" markalı avtomobillə toqquşub. Zərbənin gücündən hər iki avtomobil deformasiyaya uğrayıb. Nəticədə "VAZ-2107"nin sürücüsü və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Günel Məmmədova ağır bədən xəsarətləri alıblar. Yaralılar şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, hər iki yaralının vəziyyəti orta ağır olaraq qalır.

Avtoqəzanın dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi