Şəmkirdə ölümlə nəticələnən avtomobil qəzası olub - YENİLƏNİB

Şəmkirdə ölümlə nəticələnən avtomobil qəzası olub - YENİLƏNİB Şəmkir rayonu Kür qəsəbəsində ağır avtomobil qəzası olub.
Hadisə
30 Aprel , 2024 08:52
Şəmkirdə ölümlə nəticələnən avtomobil qəzası olub - YENİLƏNİB

Şəmkirdə baş vermiş ağır avtomobil qəzasının bəzi təfərrüatları məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, avtomobil hadisə nəticəsində dünyasını dəyişən 1985-ci il təvəllüdlü Aslan Baris oğlu Kirova məxsus olub.

Nəqliyyat vasitəsini idarə edən isə sürücülük hüququ olan, onun dostu S.Quliyev olub.

“BMW” markalı avtomobilin idarəetmədən çıxaraq dəmir maneə çırpılması nəticəsində dəmir parçası A.Kirovun bədəninə batıb və o, ağır xəsarət alıb.

Onu sıxılı vəziyyətdə qaldığı avtomobildən isə hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb və təcili tibbi yardım briqadasına təhvil verilib.

Yaralı ağır halda xəstəxanaya aparılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

08:09

Şəmkir rayonu Kür qəsəbəsində ağır yol qəzası olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü Aslan Kirova məxsus “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində sərnişin qismində olan A.Kirov aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi