​Şəmkirdə avtomobil at arabasını vurub, 6 nəfər yaralanıb

​Şəmkirdə avtomobil at arabasını vurub, 6 nəfər yaralanıb Sürücü hadisə yerindən qaçıb
Hadisə
11 Avqust , 2016 23:55
​Şəmkirdə avtomobil at arabasını vurub, 6 nəfər yaralanıb

Şəmkir. 11 avqust. REPORT.AZ/ Şəmkirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, Kür qəsəbəsinə gedən yolda naməlum avtomobil yol ilə hərəkət edən at arabasını vuraraq hadisə yerindən uzaqlaşıb.

Qəza zamanı arabada olan 1988-ci il təvəllüdlü Mətləb Məmmədov, onun həyat yoldaşı Tərlan, övladları 6 yaşlı Uğur, 2 yaşlı Ayşən və onların qohumları 2001-ci il təvəllüdlü Aidə Məmmədova və 2007-ci il təvəllüdlü Rauf Məmmmədov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi