Şəmkirdə 31 yaşlı qadın intihara cəhd edib

Şəmkirdə 31 yaşlı qadın intihara cəhd edib O, sirkə turşusu içərək həyatına qəsd edib
Hadisə
5 Avqust , 2016 23:58
Şəmkirdə 31 yaşlı qadın intihara cəhd edib

Şəmkir. 5 avqust. REPORT.AZ/ Şəmkir rayonunda intihara cəhd hadisəsi baş verib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Şəmkir rayon sakini Gülnarə Əliyeva sirkə turşusu içərək intihara cəhd edib.

Zəhərlənən qadının yaxınları onu Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparıblar. G.Əliyevaya dərhal tibbi yardım göstərilsə də, onun vəziyyətinin ağır olduğu bildirilir. Xəstənin hansı səbəbdən sirkə turşusu içdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi