Şəmkirdə 29 yaşlı yerli sakin qonşuları tərəfindən döyülüb

Şəmkirdə 29 yaşlı yerli sakin qonşuları tərəfindən döyülüb Onun vəziyyətinin ağır olduğu bildirilir
Hadisə
27 İyun , 2016 01:43
Şəmkirdə 29 yaşlı yerli sakin qonşuları tərəfindən döyülüb

Şəmkir. 27 iyun. REPORT.AZ/ Şəmkir rayonunun Kamandar kəndində yerli sakin qonşuları tərəfindən döyülüb.

Bu barədə "Report"un Qərb bürosuna Şəmkir rayon Polis şöbəsindən məlumat verilib.

Məlumata görə, 1987-ci il təvəllüdlü Xəyal Kazımovun hansı səbəbdən döyüldüyü hələ ki, məlum deyil. Qapalı kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri alan kişi yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, X.Kazımovun vəziyyəti ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi