Şəmkirdə 29 yaşlı qız intihara cəhd edib

Şəmkirdə 29 yaşlı qız intihara cəhd edib Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Noyabr , 2015 11:56
Şəmkirdə 29 yaşlı qız intihara cəhd edib

Bakı. 10 noyabr. REPORT.AZ/ Şəmkirdə 29 yaşlı qız sirkə turşusu içərək intihara cəhd edib. "Report" xəbər verir ki, rayonun Seyfəli kənd sakini 1986-cı il təvəllüdlü Mehriban Məmmədova ağır zəhərlənmə diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib.
Onun sirkə turşusunu qəsdən içərək intihara cəhd etdiyi müəyyən olunub. Həkimlərin müdaxiləsi nəticəsində M.Məmmədovanın həyatını xilas etmək mümkün olub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi