Şəmkirdə 27 yaşlı oğlan ailə münaqişəsi zəminində bıçaqlanıb

Şəmkirdə 27 yaşlı oğlan ailə münaqişəsi zəminində bıçaqlanıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
23 Yanvar , 2016 18:07
Şəmkirdə 27 yaşlı oğlan ailə münaqişəsi zəminində bıçaqlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun Təzəkənd kənd sakini  27 yaşlı Niyaməddin Məmmədov bədənin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Xəstəxanadan bildirilib ki, yaralı dərhal əməliyyat olunub. Hazırda həkimlər onun vəziyyətini ağır olaraq dəyərləndirirlər. N.Məmmədov polisə ilkin ifadəsində ailə münaqişəsi zəminində bıçaqlandığını bildirib. Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin dəqiq səbəbləri araşdırmalardan sonra bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi